Site menu
Section categories
Dersler [9]
Delphi proqramlari [3]
Xeberler [4]
Yeni informasiyalar [6]
Tag Board
Our poll
Rate my site
Total of answers: 22
Statistics

Total online: 1
Guests: 1
Users: 0
Login form
Thursday, 28.03.2024, 23:03
Welcome Guest
Main » 2009 » November » 22 » Proqramlaşdırma dili - Assembler
09:43
Proqramlaşdırma dili - Assembler
 
Assembler dilinin əlifbası
  
 
    İstənilən proqramlaşdırma dilində olduğu kimi Assembler dilinin əlifbasına, translyator tərəfindən qəbul oluna bilən, xüsusi simvollar yığımı daxildir. Bu simvollar yığımı aşağıdakılardır:
 
  1.    Latın əlifbasının böyük ( A- Z) və kiçik (a-z) hərfləri.
  2.    0-dan 9 –a qədər ərəb rəqəmləri.
  3.    Xüsusi işarələr ? @ $ &
  4.    Boşluq işarəsi və alt xətt ( _ ).
  5.    Ayırıcı işarələr ; : , . [ ] ( ) < > { } + – / * % ! ” ' \ = # ^
 
Bunlardan başqa Assembler dilinə müəyyən açar sözləri daxildir ki, onlar da proqramda olduğu kimi işlədilirlər.
 
 
Assembler dilinin konstantları
 
Assembler dilində müxtəlif tip konstantalardan (sabitlərdən) istifadə olunur:
1. Üç say sistemindən birində verilmiş tam ədədlər:
 
  • İkilik konstantalar- bunlar B və b hərfləri ilə qurtaran 0 və ya 1 ikilik ədədlər ardıcıllığıdır. Məsələn, 11000111b və ya 0001000B (ikilik sabitin təsviri).
  • Onluq konstantalar-bunlar D və ya d hərfləri ilə qurtaran 0- dan 9–a qədər onluq rəqəmlər ardıcıllığıdır. Məsələn: 234,234D, 546d. Sadəlik üçün D və ya d simvollarından istifadə etməmək də olar.
  • Onaltılıq konstantalar-bunlar H və ya h hərfləri ilə qurtaran 0-dan F–ə qədər onaltılıq rəqəmlər ardıcıllığıdır (0123456789ABCDEF).
Məsələn: 0BAH, 06AEh. Birinci simvol mütləq 0-dan 9–a qədər olan rəqəmlərdən birisi olmalıdır ki, o identifikatordan fərqlənsin. Məsələn: 0BAH, 0A6AEh yazılışındakı birinci 0 simvolu verilənlərin identifikotor deyil, onaltılıq ədəd olduğunu göstərir. Qeyd edək ki, mənfi onluq ədədlər proqramda adi qaydada (məsələn –56), mənfi ikilik və onaltılıq ədədlər isə tamamlayıcı kodda göstərilir. Məsələn: - 89 ədədi tamalayıcı kodda 10100111b və 0A7h kimi yazılır.


2. Simvol və ya sətr (literal və ya sətr) konstantları - apostrof və ya dırnaq işarələri arasında yazılan istənilən simvollar ardıcıllığıdır.
3. Sürüşkən nöqtəli ədədlər. Intel prosessorlarında sürüşkən nöqtəli bütün əməliyyatlar, özünün məxsusi registrləri və əmrləri olan xüsusi FPU (Floating Point Unit) qurğusunun köməyi ilə aparılır. Bu qurğu əsas prosessor ilə aftonom işləyə bilir və sistemə (8087,80287,80387,80487) həmprosessor kimi qoşulur. 80486DX – dən başlayaraq bütün modellərdə həmprosessorlar əsas prosessorla birlikdə bir kristalda yerləşdirilirlər.
Category: Dersler | Views: 4855 | Added by: DjZORRO | Rating: 0.0/0
Total comments: 0
Name *:
Email *:
Code *:
Search
Calendar
«  November 2009  »
SuMoTuWeThFrSa
1234567
891011121314
15161718192021
22232425262728
2930
Entries archive
Site friends
  • Create your own site