Site menu
Section categories
Dersler [9]
Delphi proqramlari [3]
Xeberler [4]
Yeni informasiyalar [6]
Tag Board
Our poll
Rate my site
Total of answers: 22
Statistics

Total online: 1
Guests: 1
Users: 0
Login form
Wednesday, 15.05.2024, 17:19
Welcome Guest
Main » 2009 » December » 10 » “Delphi 7 və proqramlaşdırma” kitabının təqdimat mərasimi
12:57
“Delphi 7 və proqramlaşdırma” kitabının təqdimat mərasimi
 
 
 
Bu günlərdə Akademik Zərifə Əliyeva adına məktəbdə
Multimedia Mərkəzi tərəfindən nəşr olunan "Delphi 7 və
proqramlaşdırma” kitabının təqdimat mərasimi keçirilib.
Qaynarşinfonun verdiyi xəbərə görə, təqdimat mərasimini giriş sözü ilə BDU-nun kafedra müdiri Cahangir Məmmədli açıb.
Kitabın naşiri, Multimedia Mərkəzinin direktoru Osman Gündüz kitab haqqında, onun yazılmasının səbəbləri haqqında geniş məlumat verib. O, kitabın müəllifləri Nazim Rüstəmova və Ramin Fərəcova , həmçinin kitabın elmi redaktoru Ramin Mahmudzadəyə, kitabın ərsəyə gəlməsində əməyi olanlara təşəkkürünü bildirib.
O, kitabın proqramlaşdırma sahəsində Azərbaycandilli istifadəçilərin milli ədəbiyyata ciddi ehtiyacı olduğunu nəzərə alaraq yazıldığını bildirib. 10 Bölümdən və 300 səhifədən ibarət olan kitabın ali və orta təhsil müəssisələrində proqramlaşdırmanı yeni öyrənməyə başlayanlar üçün nəzərdə tutulduğunu bildirib. Kitabda proqramlaşdırma sahəsində ilkin bilik və bacarıqların mənimsənilməsi yolları haqqına bilgilərin yer aldığı vurğulanıb.
Təqdimat mərasimində müəlliflər Nazim Rüstəmov və Ramin Fərəcov, BDU-nun dosenti Ramin Mahmudzadə, Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması idarəsinin rəisi Samir Məmmədov, MTN-nin Akademiyasının tədris hissə müdiri Vaqif Qasımov, Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın İKT sektorunun müdiri Əli Kərim, İKT üzrə ekspert Firidun Əhmədov , məktəbin direktoru Məhəbbət Vəliyeva və İTK üzrə direktor müavini Aygün Əzizova , proqramçı Ramin Orucov və başqaları çıxış ediblər.
Çıxışlarda Azərbaycanda İnformasiya Cəmiyyətinin formalaşması prosesinin getdiyi indiki vaxtda kitabın mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb. Kitabın geniş oxucu kütləsinə çatdırılmasının vacibliyi bildirilib.
 
Məlumat DjZORRO tərəfindən hazırlandı
Category: Xeberler | Views: 911 | Added by: DjZORRO | Rating: 0.0/0
Total comments: 1
1 BrandonWilky  
0
natural flu remedies <a href=""> https://forums.dieviete.lv/profils/127605/forum/ </a> herbalism guide wow

Name *:
Email *:
Code *:
Search
Calendar
«  December 2009  »
SuMoTuWeThFrSa
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Entries archive
Site friends
  • Create your own site