Site menu
Section categories
Dersler [9]
Delphi proqramlari [3]
Xeberler [4]
Yeni informasiyalar [6]
Tag Board
Our poll
Rate my site
Total of answers: 22
Statistics

Total online: 1
Guests: 1
Users: 0
Login form
Thursday, 16.05.2024, 01:05
Welcome Guest
Main » 2009 » November » 22 » Proqramlaşdırma dili - Java
09:50
Proqramlaşdırma dili - Java
Java - Sun Microsystems şirkəti tərəfindən təqdim olunan dil və texnologiyalara verilən ümumi ad. Java proqram dili struktur və sintaksisinə görə C proqram dilinə çox yaxındır. 1995-ci ildə yaradılmışdır.
 

JavaScript və Java arasında heç bir qohumluq yoxdur. Buna baxmayaraq Java eləcə də C dillinə çox oxşardır.
JavaScript klient skriptləşdirmə dilidir. JavaScript internet səhifənin dinamik imkanlarını genişləndirmək məqsədi ilə istifadə olunur.
 
JavaScript dilində yazılmış modul HTML faylına alt proqram kimi inteqrasiya edilir və standart əmr vasitəsilə HTML kodunun uyğun sətrindən çağırılır.
 
Brouzerdə qurulmuş dil interpretatoru hipermətnin həm kodunu, həm də skriptini bütöv sənəd kimi qəbul edərək hər iki verilənləri eyni zamanda emal edir.
Java isə JavaScriptdən fərqli olaraq ondan istifadə edən səhifəyə inteqrasiya olunmur. Sərbəst əlavə (proqram) kimi mövcuddur, elmi dildə desək apletdir.
 
Bu dildən itifədə edərkən aplet uyğun əmr vasitəsilə HTML faylından çağırılmasına baxmayaraq onun yüklənməsi, inisializə olunması və yerinə yetirilməsi fon rejimində ayrıca proqram kimi olur.
 
 
İmkanlar
 

C++ dilinin mürəkkəbliyi və obyekt orientasiyalı olmayan xüsisiyyətləri bu dilin əsas səbəblərdən biridir. Diğər başlıca səbəb hər hansı platformda kompayl edilən kodun başqa platformlarda da dəyişdirilmədən işlədilə bilməsinə olan ehtiyacdır. Dilin bu xüsusiyyəti Java Virtual Maşını sayəsində həyata keçirilir. Java dili mürəkkəbliyi aradan qaldırmaq üçün bir çox C++ xüsisiyyətini - çox köklü irsiyyət, şablonlar (yeni versiyalarda şablonlar daxil edilib), pointerları özünə daxil etmir. Bundan başqa dildə C++ da olmayan tullantı təmizləmə mexanizmi mövcuddur.
Java texnologiyasının köməyi ilə səhifəyə interaktiv elementlər daxil etmək, sürüşkən pəncərələrin və qurulmuş freymlərin formatlarını bütünlüklə nəzarətdə saxlamaq mümkündür. Bu dil vasitəsilə «saat», «qaçan sətr», digər animasiyalar və çat yaratmaq mümkündür.
Üstün cəhəti: serverdə Java proqramının işini təmin etmək məqsədilə əlavə modullarının yüklənmə və qurulmasının lazım olmamasıdır.
Mənfi cəhəti: Java dilinin kompilyasiyasını dəstəkləməyən köhnə versiyalı brouzerlərlə işləyən istifadəçilər bu dildə yaradılmış obyektləri görə bilmirlər
 
 
 
Category: Dersler | Views: 703 | Added by: DjZORRO | Rating: 0.0/0
Total comments: 0
Name *:
Email *:
Code *:
Search
Calendar
«  November 2009  »
SuMoTuWeThFrSa
1234567
891011121314
15161718192021
22232425262728
2930
Entries archive
Site friends
  • Create your own site