Site menu
Section categories
Dersler [9]
Delphi proqramlari [3]
Xeberler [4]
Yeni informasiyalar [6]
Tag Board
Our poll
Rate my site
Total of answers: 22
Statistics

Total online: 1
Guests: 1
Users: 0
Login form
Wednesday, 15.05.2024, 11:22
Welcome Guest
Main » 2009 » November » 18 » Proqramlaşdırma dili (PASCAL)
15:23
Proqramlaşdırma dili (PASCAL)

PASKAL dili - 1971-ci ildə professor Niklaus Virt (Niclaus Wirth) tərəfindən yaradılmışdır. Dil fransız riyaziyyatçısı və filosofu Blez Paskalın (Blaise Paskal) şərəfinə adlandırılmışdır və qısa zaman içində universitetlərdə istifadə edilən proqramlaşdırma dili halına gəlmişdir.
Paskal dilinin bir sıra xüsusiyyətləri onun biznes və sənaye sahələrində geniş tətbiqinə gətirib çıxarmışdır. Modula və Modula-2 dilləri Paskal dili əsas götürülərək inkişaf etdirilmişdir...
 
DİLİN XÜSUSİYYƏTLƏRİ:
 
Pascal dili yeni baslayan sexsler ucun daha boyuk ehemiyyet kesb edir.Proqrama yeni baslayan sexsler bu dilden baslamalari meslehet gorulur. 1. Pascal dilinin sintaksisi çox sadə və asan başadüşüləndir.
2. Sistem və qurğu tələbləri çox azdır. Həm kompilyator, həm də onda yazılan proqramlar üçün.
3. Paskalda istənilən proqramı yazmaq olar.
4. Paskal dili OOP dillər sırasına daxildir.
 
SİNTAKSİSİ:
 
program proqram_adı(output);
 
{ dəyişənlərin elan edilməsi }
 
    begin
 
{ operator hissə }
 
    end.
Proqram söz ilə proqramın adı elan olunur. Bu Pascal dili üçün çox da əhəmiyyətli deyil. Bu barədə biraz daha sonra. begin sözü ilə proqramın icrasına başlayırıq və end ilə bitiririk. İndi isə sadə bir proqram yazaq:
 
program MyFirstProgram(output);
 var
 name:string;
 
begin
 
  write('Adınızı daxil edin: '); 
  read(name);
  write('Salam, '+name+'!');
 
    end.
İndi isə izah edək. Artıq sizə aydındır ki, proqram sözü ilə proqramımıza ad veririk. Və sonra dəyişənləri elan edirik. Bizim misalda name dəyişənini elan edirik. Dəyişənlərin elan edilməsi, onların tipi, identifikatorlar haqqında daha geniş məlumat sonra. Deməli name dəyişənini elan edirik. Daha sonra begin sözü ilə proqrama başlayırıq. Və write(); operatoru ilə Adınızı daxil edin: ekranda çap olunur. Bundan sonra read(); operatoru ilə isə ekranda daxil etdiyimiz məlumatları name dəyişəninə mənimsədirik. Daha sonra artıq sizə məlum olan write(); operatoru ilə əvvəlcə Salam, sonra isə name dəyişənində olan məlumat, yəni sizin daxil etdiyiniz məlumat(adınız) çap olunur. Sonra isə ! işarəsi. Bura qədər aydın oldusa, artıq bu sizin Pascaldakı ilk proqramınızdır.
 
DƏYİŞƏNLƏR:
 
   Dəyişənlərin və onların tipinin elan edilməsi:
 
        var
           i : integer;
          ch : char;
 

Pascal dilində dəyişəni elan edərkən mütləq onun tipi də müəyyən olunmalıdır. Bizim misalda i dəyişəni tam tipli, ch isə simvol tiplidir.
Bundan başqa bir neçə eyni tipli dəyişənləri etmək üçün onları vergül ilə də birləşdirmək olar.
 
 var
    i, j, k : integer;
    letter, ch : char;

Bu misalda i, j, k dəyişənləri tam tipli, letter, ch isə simvol tipli olur.
Paskal dilində bir çox dəyişən tipi var. Hələ ki bunların hamısını deyil, daha çox lazım olanları barədə yazacağam. Daha sonra hamısı barədə ətraflı məlumat verərəm. Paskalda dəyişənin tipini elan etməyin bir yolunu artıq bilirsiniz.
 
     var
     x,y,z : integer;
 
 Bunu başqa cür də etmək olar:
 
  type
number=integer;

var
x,y,z : number;

HƏLƏLİK BU QƏDƏR: DjZORRO  &  TTxAKER  
Category: Dersler | Views: 1668 | Added by: DjZORRO | Tags: Delphi | Rating: 0.0/0
Total comments: 1
1 vaqif  
0
xais edirem paskali kompa yazmaqi evvelinden yazasiniz yeni kompda harda baslanir evvelceden tesekkur edirem

Name *:
Email *:
Code *:
Search
Calendar
«  November 2009  »
SuMoTuWeThFrSa
1234567
891011121314
15161718192021
22232425262728
2930
Entries archive
Site friends
  • Create your own site